"THE BODY SHOP" VEB-SAYTININ ŞƏRTLƏRİ

1. ŞƏRTLƏRİN XARAKTERİ VƏ TƏTBİQ SAHƏSİ

1.1. Bu tətbiqdən istifadəyə başlamazdan əvvəl "THE BODY SHOP" VEB-SAYTINA (https://www.thebodyshop.az) daxil olaraq bu şərtlərlə ("Şərtlər") və gizlilik siyasəti ilə ( Gizlilik siyasəti ) tanış olmağınız xahiş olunur. Bu Şərtlər və Gizlilik siyasəti birlikdə sizinlə AZPHA arasında xidmətlərdən (aşağıda müəyyən edilib) istifadənizlə əlaqədar hüquqi müqaviləni ("Müqavilə") təşkil edir. "The Body Shop" veb-saytının sahibi "AZPHA" MMC-dir (Azərbaycan Respublikası qanunvericiliyinə əsasən 1805522941 qeydiyyat nömrəsi ilə təsis olunan və fəaliyyət göstərən hüquqi şəxs). Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev 131, mənzil 43.

1.2. Bu Müqavilə "The Body Shop" veb-saytında göstərilən (həmçinin "veb-sayt" və ya "Biz" adlandırılacaqdır) və İstifadəçilərə (həmçinin, "Son istifadəçi" və ya "Siz" adlandırılacaqdır) ödənişsiz olaraq təklif olunan xidmətlərə ("Xidmətlər"), o cümlədən aşağıdakılara şamil olunur:

1.2.1. Məhsulun tapılması, onun təsviri, istifadə qaydaları və tərkibi və ya inqrediyentlərinin doğrulanması;

1.2.2. Məhsulun onlayn qaydada satın alınması və sifarişin seçilmiş The Body Shop satış nöqtəsindən və ya seçilmiş ünvandan götürülməsi imkanı (çatdırılma xidməti);

1.2.3. Loyallıq kartlarını qeydiyyata almaq/toplanmış xalları göstərmək imkanı.

1.3. Xidmətlər vaxtaşırı olaraq AZPHA-nın eksklüziv mülahizəsinə əsasən dəyişdirilə bilər və Müqavilə Xidmətdən yararlanmaq üçün veb-sayta ziyarətinizə və veb-saytdan istifadənizə, o cümlədən tərəfinizdən istənilən vaxt veb-sayta təqdim olunan bütün məlumatlara şamil olunacaqdır.

1.4. Bu Müqavilədə Sizin veb-saytdan istifadənizi tənzimləyən şərtlər müəyyən edilir və "The Body Shop" markasının istifadəçisi kimi qeydiyyatdan keçdiyiniz halda hesabınızın işlənməsi qaydası təsvir olunur. Müqavilə ilə bağlı hər hansı sualınız olarsa, TBSsupport@azpha.az ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz.

1.5. Siz Xidmətlərdən yararlanmaq üçün veb-sayta daxil olmaqla bu Müqavilədə müəyyən edilən bütün şərtləri, veb-saytda əks olunan Şərtləri və Gizlilik siyasətini ləğvolunmaz şəkildə qəbul edir, onlara əməl etməyə razılıq verirsiniz. Bu Müqavilə Xidmətlərdən yararlanmaq üçün veb-saytdan istifadənizlə əlaqədar Sizə təqdim olunmuş bütün əvvəlki şərtləri (əgər varsa) əvəz edir. Siz hər hansı Xidmətdən yararlanmaqla bu Müqavilənin şərtlərini qəbul etdiyinizi təsdiq edirsiniz.

1.6. Biz istənilən vaxt hər hansı səbəbdən Müqavilənin hər hansı hissəsini dəyişdirmək və ya ləğv etmək hüququna sahibik və bu cür dəyişikliklər barədə Sizə "The Body Shop" veb-saytı barədə məlumat veriləcəkdir. Siz həmçinin müntəzəm olaraq Müqavilə ilə tanış olmalısınız. Bu sənədə edilən hər hansı dəyişiklik dərhal Şirkətin platformasında dərc olunacaq. Bundan əlavə, profil səhifənizdə müvafiq bildiriş yerləşdirməklə hər hansı əhəmiyyətli (qeyri-texniki) dəyişikliklər barədə məlumatlandırılacaqsınız. Əgər "Siz" hər hansı dəyişikliyə razı deyilsinizsə, hesabınızı ləğv etmək üçün digitalsupport@gepha.com ünvanında bizimlə əlaqə saxlaya bilərsiniz. Hər hansı bu cür dəyişiklikdən sonra veb-saytdan istifadə etdiyiniz halda Müqaviləyə edilmiş bu dəyişiklikləri qəbul etmiş olursunuz.

1.7. Əgər Müqavilənin hər hansı hissəsi ilə razı deyilsinizsə, veb-saytdan istifadə etməməyiniz və ya hər hansı Xidmətdən yararlanmamağınız xahiş olunur.

1.8. Veb-sayt və Xidmətlərdən istifadə hüququnuz tam olaraq AZPHA tərəfindən müəyyən ediləcəkdir.

1.9. Bu Müqavilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tərtib olunub və həmin qanunvericiliklə tənzimlənir.

2. İSTİFADƏ ŞƏRTLƏRİ

2.1. Qeydiyyatdan keçmək, Xidmətlərdən yararlanmaq və ya istənilən formada veb-sayta daxil olmaq üçün ən az 18 yaşında olmalısınız. Veb-saytda qeydiyyyatdan keçməklə, veb-sayta daxil olmaqla və ondan istifadə etməklə və ya bu Müqavilə qəbul etməklə Siz "The Body Shop" markasına bildirir və zəmanət verirsiniz ki, Sizin ən az 18 yaşınız var və Siz veb-saytdan, eləcə də veb-sayt vasitəsilə Xidmətlərdən istifadə etmək hüququna, səlahiyyətinə və imkanlarına sahibsiniz, həmçinin bu Müqaviləni qəbul edir və ona əməl etməyə razılıq verirsiniz.

2.2. İstifadəçi veb-sayta istifadəçi adı və parol vasitəsilə daxil olmaq imkanına sahibdir.

3. İSTİFADƏ QAYDALARI

3.1. SON İSTİFADƏÇİ HESABI VƏ MƏLUMATLARIN GİZLİLİYİ

3.1.1. "Fərdi məlumatlar" və "xüsusi məlumat kateqoriyaları" anlayışları "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilib və Gizlilik siyasətində təkrarlanır (https://www.thebodyshop.az).

3.1.2. İstifadəçi bunlarla yanaşı, aşağıdakılar barədə məlumata sahib olmaq üçün Gizlilik siyasətini oxuyub başa düşməlidir:

3.1.2.1. bəzi məlumatların toplanması, işlənməsi, ötürülməsi, o cümlədən transsərhəd ötürülməsi faktı;

3.1.2.2. məlumatların toplanmasının məqsədi;

3.1.2.3. məlumatların toplanması və saxlanması qaydaları;

3.1.2.4. bu məlumatlarla əlaqədar bu cür İstifadəçilərə verilən müxtəlif hüquqlar.

3.1.3. İstifadəçi qeydiyyatdan keçdiyi halda hesaba giriş məlumatları və parolun gizli saxlanmasına görə cavabdehdir. İstifadəçi icazə verib-verməməsindən asılı olmayaraq, öz hesabı və parolundan bütün istifadə hallarına görə məsuliyyət daşıyır. İstifadəçi 0102500510 nömrəsinə zəng edərək yaxud TBSsupport@azpha.az e-poçt ünvanına yazaraq öz hesabı və ya parolundan icazəsiz istifadə faktı və ya ehtimalı barədə dərhal AZPHA-ya məlumat verməlidir. AZPHA hesabınızdan icazəsiz istifadə ilə əlaqədar məruz qaldığınız itkilərə görə cavabdeh olmasa da, bu cür hallarla əlaqədar AZPHA və ya digər tərəflərin məruz qala biləcəkləri itkilərə görə Siz məsuliyyət daşıyırsınız.

3.1.4. Əgər İstifadəçi yanlış, qeyri-dəqiq, qeyri-aktual və ya natamam məlumat təqdim edərsə (yaxud bu cür məlumat sonradan yanlış, qeyri-dəqiq, qeyri-aktual və ya natamam olarsa) yaxud AZPHA-nın bu cür məlumatın yanlış, qeyri-dəqiq, qeyri-aktual və ya natamam olduğundan şübhələnmək üçün əsaslı səbəbləri olarsa, AZPHA öz mülahizəsinə əsasən İstifadəçiyə Xidmətlərin göstərilməsini dayandırmaq hüququna sahibdir.

3.2. KONTENTİN PAYLAŞILMASI VƏ MƏLUMATLARIN YAYILMASI

3.2.1. AZPHA məhsullar və onların mövcudluğuna dair müvafiq məlumatları toplayır və veb-saytda paylaşır. AZPHA bu məlumatların müntəzəm olaraq yenilənməsini təmin etmək üçün müvafiq tədbirləri görür.

3.2.2. AZPHA və ya onun hər hansı xidmət təminatçısı tərəfindən göstərilən Xidmətlər hər hansı zəmanət və ya şərt (aşkar və ya nəzərdə tutulmuş, o cümlədən satış qabiliyyəti, dəqiqlik, konkret məqsədə uyğunluq, hüquqlar və pozuntulardan müdafiə ilə bağlı qanunla müəyyən edilən yaxud əməkdaşlıq, istifadə və ya ticarətin gedişatında yaranan zəmanətlər) olmadan "olduğu kimi" və "mövcudluq əsasında" həyata keçirilir. AZPHA veb-sayt və ya Xidmətlərlə əlaqədar hər hansı aşkar və ya nəzərdə tutulmuş bəyanat, zəmanət və ya təminat vermir. AZPHA İstifadəçilər tərəfindən veb-saytda paylaşılan hər hansı kontent və ya məlumatın dəqiqliyi və ya tamlığına zəmanət vermir. Qanunla müəyyən edilən hallarda AZPHA İstifadəçilərin veb-sayt, Xidmətlər, digər İstifadəçilərin bəyanat və zəmanətləri, İstifadəçilərin veb-saytda paylaşdıqları kontent və məlumatlar, AZPHA və ya hər hansı İstifadəçinin hər hansı İstifadəçi və ya bu cür İstifadəçinin göstərdiyi xidmətlərlə bağlı hər hansı rəy və ya təklifindən istifadəsi və ya onlara etibar etməsi ilə əlaqədar yaranan bütün məsuliyyətlərdən imtina edir.

3.2.3. Veb-sayt üçüncü şəxslər, törəmələr və biznes tərəfdaşlarının digər tətbiqləri ilə əlaqələndirilə bilər. AZPHA bu cür tətbiqlərin və ya veb-saytda paylaşılan məlumatların məzmunu, dəqiqliyi, doğruluğu, etibarlılığı və keyfiyyətinə nəzarət etmir və cavabdeh deyil. Veb-sayta hər hansı linkin daxil edilməsi həmin linkin AZPHA tərəfindən təsdiq edildiyini nəzərdə tutmur. İstifadəçi linklərdən və bu xidmətlərdən istifadəyə görə özü məsuliyyət daşıyır.

3.2.4. AZPHA İstifadəçinin veb-sayta daxil olması, veb-saytdan istifadə etməsi yaxud veb-saytdan hər hansı material, məlumat, mətn, təsvir, videokontent və ya audiokontent endirməsi səbəbindən İstifadəçinin avadanlıqlarına dəyən zərərə və ya bu cür avadanlıqlara təsir göstərən viruslara görə məsuliyyət daşımır. Əgər İstifadəçi veb-saytdan narazıdırsa, ondan istifadəni dayandırmaqda tam sərbəstdir.

3.2.5. Əgər AZPHA saxta, qeyri-dəqiq və ya natamam məlumatlar, o cümlədən rəylər təqdim etdiyinizi müəyyən edərsə, veb-saytdan və ya AZPHA ilə hesablarınızdan hər hansı birindən istifadənizi dərhal dayandırmaq hüququna sahibdir və bunu öz biznesini və İstifadəçilərin maraqlarını qorumaq üçün AZPHA tərəfindən müəyyən edilən qaydada adınızla birlikdə veb-saytda bəyan edəcəkdir. Siz AZPHA və ya İstifadəçilərinə mənfi təsir göstərən yanlış və ya saxta rəyləriniz nəticəsində dəyən hər hansı zərərə görə AZPHA-ya təzminat ödəməlisiniz.

3.3. KONTENT ÜZƏRİNDƏ SAHİBLİK VƏ MÜƏLLİFLİK HÜQUQLARI: MƏLUMATLARA ÇIXIŞ ŞƏRTLƏRİ

3.3.1. Veb-saytda könüllü təqdim etdiyiniz əks olunan kontent aşağıdakılardır:

  • Adınız və soyadınız;
  • Veb-sayta daxil olmaq üçün istifadə etdiyiniz cihaz;
  • Yaşadığınız ünvan (ölkə, şəhər və digər ünvan məlumatları);
  • Əlaqə məlumatları (məsələn, e-poçt ünvanı və telefon nömrəsi);
  • Demoqrafik məlumatlar (məsələn, gender və doğum tarixi);
  • Şəxsiyyət vəsiqənizin və ya şəxsiyyətinizi təsdiq edən digər sənədin nömrəsi, sənədi verən ölkə;
  • Loyallıq və ya hədiyyə kartları haqqında məlumat;
  • Debet və ya kredit kartının nömrəsinin ilk 6 və son 4 rəqəmi, kart sahibinin adı və soyadı, tranzaksiyanın unikal kodu;
  • Veb-sayt vasitəsilə satın alınan xidmət və ya məhsullar üçün həyata keçirilən ödəniş tranzaksiyaları;
  • Könüllü olaraq bizə təqdim etdiyiniz digər məlumatlar (məsələn, fotoşəkil, boy, çəki, allergiyalar, qan qrupu və s.);
  • AZPHA tərəfindən İstifadəçilərdən toplanan məlumatlar AZPHA-ya məxsus olacaqdır. AZPHA tərəfindən hər hansı kommersiya məqsədi üçün və ya mənfəət qazanmaq məqsədilə dərc olunan müəlliflik hüququ ilə qorunan kontentin kopyalanması müəlliflik hüququnun pozulmasına səbəb olacaqdır və AZPHA tətbiq olunan qanunvericiliyə əsasən müvafiq hüquqlara sahibdir.

3.3.2. AZPHA İstifadəçinin veb-saytda mövcud olan və ya veb-saytdan əldə olunan kontentə yalnız bu Müqavilə çərçivəsində sifariş, qəbul, çatdırılma və məlumatlandırma məqsədləri üçün baxmasına və daxil olmasına icazə verir. Veb-saytın kontenti, məlumatlar, mətnlər, qrafik elementlər, təsvirlər, loqolar, düymə piktoqramları, proqram təminatı kodları, dizayn, o cümlədən veb-saytda kontentin toplanması, tərtibatı və yerləşdirilməsi (birlikdə "The Body Shop" kontenti") AZPHA-nın mülkiyyətidir və müəlliflik hüququ, əmtəə nişanı və digər müvafiq qanunlarla qorunur. İstifadəçi hər hansı ictimai və ya kommersiya məqsədi yaxud şəxsi qazanc üçün istənilən formada "The body shop" kontentinə dəyişiklik edə yaxud onu çoxalda, nümayiş etdirə, ictimaiyyətə təqdim edə, paylaya və ya digər şəkildə istifadə edə bilməz.

3.4. MƏHSULLARIN SATIN ALINMASI

3.4.1. MƏHSULLARIN satın alınması prosesi axtarış funksiyasından istifadə edərək başladılır. İstehlakçı satın almaq istədiyi məhsulu və məhsulun çatdırılma üsulunu seçir. Məhsul istehlakçının göstərdiyi ünvana çatdırıla bilər və ya istehlakçı seçdiyi satış nöqtəsindən məhsulu götürə bilər. Əgər istehlakçı məhsulu satış nöqtəsindən götürmək seçimini edəsə o, məhsulu götürmək istədiyi konkret satış nöqtəsini seçməlidir. Daha sonra, o, satınalmanı rəsmiləşdirmək üçün istifadə edəcəyi debet və ya kredit kartını seçir.

3.4.2. Məhsulların qiyməti standartdır. Əgər məhsullara kampaniya tətbiq olunarsa bu əlavə olaraq göstəriləcək.

3.4.3. Satınalma təsdiq edildikdən sonra sifarişin təsdiqi satış nöqtəsinə göndərilir. Bu mərhələdə istehlakçının fərdi məlumatları satış nöqtəsinə ötürülmür.

3.4.4. "The body shop" bazası mütəmadi olaraq yeniləndiyinə və "The Body Shop" anbarındakı dəyişiklikləri dərhal əks etdirmədiyinə görə AZPHA müştəri tərəfindən sifariş verilmiş məhsulların faktiki olaraq anbarda olacağına zəmanət vermir.

3.4.5. Növbəti addım satış nöqtəsinin elektron bazasında məhsulların balansını yoxlamaqdır. Bu zaman istifadəçi tərəfindən sifariş verilmiş miqdarın tam olaraq anbarda olmadığı və ya müştəri tərəfindən seçilmiş hər hansı məhsulun istismar müddətinin başa çatmasına 3 aydan az qaldığı aşkar edilə bilər. Hər iki halda "The Body Shop" veb-saytı müştəriyə (bildiriş vasitəsilə) a) anbarda yetərli sayda məhsulun qalmadığı və ya b) məhsulun istismar müddətinin başa çatmasına 3 aydan az qaldığı barədə məlumat verir.

3.4.6. Əgər müştəri tərəfindən sifariş edilmiş hər hansı məhsul anbarda yetərli sayda olmazsa və ya onun istismar müddətinin başa çatmasına 3 aydan az qalarsa, veb-sayt müştəridən mövcud vəziyyəti nəzərə alaraq sifarişi rəsmiləşdirmək istəyib-istəmədiyini soruşacaqdır. Müştəriyə cavab üçün 1 saat vaxt verilir. Əgər müştəri bu vaxt ərzində cavab verməzsə, "The Body Shop" avtomatik olaraq sifarişi ləğv edir və ödənilən məbləği tam olaraq müştəriyə qaytarır.

3.4.7. Növbəti addımda xüsusi satış nöqtəsində işçiyə sifariş barədə məlumat verilir və o, məhsulları axtararaq toplayır. Əgər işçi hər hansı məhsulun anbarda yetərli sayda olmadığını aşkar edərsə, o, bunu "The Body Shop" sisteminə məruzə edir. "The Body Shop" müştəriyə bu barədə məlumat verir və mövcud vəziyyətə baxmayaraq, sifarişi rəsmiləşdirmək istəyib-istəmədiyini soruşur. Müştəriyə cavab üçün 2 saat vaxt verilir. Əgər müştəri bu vaxt ərzində cavab verməzsə, veb-sayt avtomatik olaraq sifarişi ləğv edir və ödənilən məbləği tam olaraq müştəriyə qaytarır.

3.4.8. Sifariş edilən məhsul bağlamasını sifarişdən sonra 7 təqvim günü ərzində mağazada saxlanır. Əgər müştəri bu müddət ərzində sifariş edilmiş məhsulu götürməzsə, sifariş ləğv olunur, bütün məhsullar anbara qaytarılır və ödənilən məbləğ müştəriyə qaytarılır.

3.4.9. Ünvana çatdırılma xidməti ödənişlidir. Çatdırılma məbləği istehlakçı tərəfindən ödənilir.

3.4.10. Ünvana çatdırılma xidmətindən istifadə olunduqda müştəri şəxsi səbəblərdən (yanlış ünvanı göstərmək və ya telefona cavab verməmək) məhsul avtomatik satış məntəqəsinə qaytarılır. Bu halda müştəri məhsulu satış nöqtəsindən götürə bilər. Məhsul 7 təqvim günü ərzində mağazada saxlanır. Əgər müştəri bu müddət ərzində məhsulu satış nöqtəsindən götürməzsə sifariş ləğv olunur və yalnız məhsullar üçün ödənilən məbləğ müştəriyə qaytarılır. Bu halda çatdırılma haqqı geri qaytarılmır.

3.4.11. Sifariş edilmiş bağlamanı götürən müştəri və ya kuryer sifariş kodunu təqdim edir və işçi ona sifarişi təhvil verir.

3.4.12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərindən əldə olunmuş Parfümer-kosmetika malları və Şəxsi gigiyena əşyalarının (diş fırçaları, daraqlar, biqudilər və s.) dəyişdirilməsinə və geri qaytarılmasına yol verilmir. Bu səbəbdən müştəri əldə etdiyi məhsulları dəyişdirə və ya qaytara bilməz.

4.1 MƏHSUL SATIN ALARKƏN PROMOKODLARDAN İSTİFADƏ

4.1.1. Məhsulları satın alarkən İstifadəçilər promokodlardan istifadə edə bilərlər.

4.1.2. Bir promokoddan yalnız bir sifarişdə istifadə oluna bilər. Ondan İstifadəçinin kartı seçərək "ödə" düyməsini basdığı səhifədə istifadə oluna bilər.

4.1.3. Promokoddan istifadə etdikdə müvafiq məhsulların qiymətləri bu promokodda nəzərdə tutulan endirim həcminə müvafiq olaraq azaldılır.

4.1.4. İstifadəçilərə promokodlar SMS və ya digər məlumat kanalları vasitəsilə göndərilir.

4.1.5. Promokodlar məhsulların xüsusi kateqoriya və ya altkateqoriyalarını və xüsusi mağazaları əhatə edə bilər. Nəticə etibarilə, promokod bir və ya bir neçə məhsulu əhatə edə bilər.

4.1.6. Promokodda endirim sabit məbləğ və ya faizlər şəklində nəzərdə tutula bilər.

4.1.7. Endirim edilmiş sabit məbləğin nəzərdə tutulduğu promokoddan istifadə etdikdə əgər endirim səbətdə endirimin tətbiq olunduğu məhsullardan çox olarsa, bütün qiymətə promokod tətbiq olunur. Bununla belə, promokodda istifadə olunmamış qalan endirimdən başqa sifarişdə istifadə oluna bilməz, çünki bir promokoddan yalnız bir sifarişdə istifadə etmək mümkündür.

4.1.8. Faizli endirimin nəzərdə tutulduğu promokoddan istifadə etdikdə səbətdə endirimin tətbiq olunduğu hər bir məhsulun qiyməti promokodda nəzərdə tutulan faiz qədər azaldılır.

4.1.9. Faizli promokod limitlə məhdudlaşdırıla bilər və bu zaman İstifadəçi müəyyən edilmiş məbləğdən yuxarı endirim əldə edə bilmir.

4.1.10. Bəzi kampaniyalarda kampaniya ərzində bir İstifadəçinin yalnız bir dəfə promokoddan istifadə edə bilməsi kimi məhdudiyyətlər tətbiq oluna bilər.

4.1.11. Əgər səbətdə bir neçə məhsul varsa, promokodda nəzərdə tutulmuş endirimdən məhsulların səbətə yerləşdirilməsi ardıcıllığına əsasən istifadə olunur.

4.1.12. İstifadəçi yetərli sayda məhsul olmadığına görə sifarişi ləğv edərsə, istifadə olunan promokod bərpa olunur və istifadəçi ondan başqa sifarişdə istifadə edə bilər.

4.2 RƏY VƏ ŞƏRHLƏR

4.2.1 Bu veb-saytdan istifadə etməklə Siz razılıq verirsiniz ki, AZPHA və ya hər hansı təminatçı ilə paylaşdığınız hər hansı məlumat Gizlilik siyasətimizlə tənzimlənəcəkdir.

4.2.2 Veb-saytda paylaşdığınız kontentə, o cümlədən təminatçılar və ya digər tibb mütəxəssisləri barədə reytinq xalları və rəylərə görə bütün məsuliyyət Sizin üzərinizə düşür. Rəylərin dərc olunmasında AZPHA-nın rolu vasitəçiliklə məhdudlaşır. AZPHA İstifadəçi tərəfindən təqdim olunan kontentə, o cümlədən reytinq xalları və rəylərə görə bütün məsuliyyətdən imtina edir və bu cür kontentlə bağlı rolu yalnız vasitəçi kimi öhdəlikləri ilə məhdudlaşır.

4.2.3 Veb-saytda paylaşdığınız reytinq xalları və rəylər bu Şərtlərin 4-cü bəndi ilə tənzimlənir. 4-cü bənddə müəyyən edilən şərtlərə xələl gətirməmək şərtilə, Siz veb-saytda (a) üçüncü şəxslərin əqli mülkiyyət, reklam və ya gizlilik hüquqlarını yaxud (b) tətbiq olunan qanun və ya normaları pozan hər hansı kontenti paylaşmamağa razılıq verirsiniz. AZPHA tətbiq olunan qanunvericiliklə tələb olunduğu halda və Şərtlərin 4-cü bəndinə uyğun olaraq öz mülahizəsinə əsasən rəy və şərhlərinizi dərc etməməyi seçə bilər. Siz razılıq verirsiniz ki, AZPHA aşağıdakı məqsədlər üçün Sizinlə telefon, e-poçt, SMS və ya digər elektron məlumatlandırma vasitəsi ilə əlaqə saxlaya bilər:

4.2.3.1 Platforma və ya AZPHA-nın xidmətləri barədə rəyinizi almaq;

4.2.3.2 Təminatçıların verdiyiniz reytinq xalları və rəylərlə bağlı şikayətləri, məlumatları və ya sorğularını həll etmək;

4.2.3.3 Müvafiq Xidmətlərdən yararlanmaq;

4.2.3.4 Siz AZPHA tərəfindən bu cür məlumatlandırma zamanı tam şəkildə əməkdaşlıq etməyə razılıq verirsiniz.

5 KONTENTLƏ BAĞLI HÜQUQ VƏ ÖHDƏLİKLƏR

5.1 AZPHA bununla İstifadəçilərə bildirir ki, onların aşağıdakı məlumatları saxlamaq, nümayiş etdirmək, yükləmək, dəyişdirmək, dərc etmək, ötürmək, yeniləmək və ya paylaşmaq icazələri yoxdur:

5.1.1 başqa şəxs məxsus olan və İstifadəçinin hüququnun olmadığı məlumatlar;

5.1.2 həddən artıq zərərli, təcavüzkar, təhqiramiz, alçaldıcı, nalayiq, pornoqrafik, pedofiliya məzmunlu, şərləyici, başqasının gizliliyinə təcavüz edən, nifrət dolu, irqçi, etnik cəhətdən xoşagəlməz, çirkli pulların yuyulmasını və ya qumar oyunlarını təsvir və ya təşviq edən yaxud digər şəkildə qanunsuz olan məlumatlar;

5.1.3 istənilən formada azyaşlılara zərər vuran məlumatlar;

5.1.4 hər hansı patent, əmtəə nişanı, müəlliflik hüququ və ya digər mülkiyyət hüquqlarını pozan məlumatlar;

5.1.5 həmin an üçün qüvvədə olan hər hansı qanunu pozan məlumatlar;

5.1.6 ünvanlandığı şəxs və ya şəxsləri bu cür mesajların mənşəyi barədə yanlış yönləndirən yaxud həddən artıq təcavüzkar və ya hədələyici xarakterə malik hər hansı informasiyanı çatdıran məlumatlar;

5.1.7 başqa şəxsi təqlid edən məlumatlar;

5.1.8 hər hansı kompüter resursunun funksionallığını dayandırmaq, korlamaq və ya məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş kompüter virusları və ya digər kompüter kodları, faylları və ya proqramlarını ehtiva edən məlumatlar;

5.1.9 Azərbaycan Respublikasının vahidliyi, bütövlüyü, müdafiəsi, təhlükəsizliyi və ya suverenliyini, xarici dövlətlərlə dostluq əlaqələrini və ya ictimai nizam-intizamı təhdid edən yaxud hər hansı ciddi pozuntuya səbəb olan və ya hər hansı pozuntunun araşdırılmasına mane olan və ya hər hansı digər dövləti təhqir edən məlumatlar;

5.1.10 Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər məlumatlar.

5.2 İstifadəçilərin həmçinin aşağıdakı hərəkətləri icra etmələri qadağandır:

5.2.1 "The Body Shop" kontentinin bütövlüyü və ya təhlükəsizliyini pozmaq və ya pozmağa cəhd etmək;

5.2.2 veb-saytda və ya veb-sayt vasitəsilə AZPHA tərəfindən göstərilən xidmətlərə mane olan və ya rəqib olan hər hansı məlumatları (o cümlədən iş vakansiyaları, mesajlar və hiperlinklər) ötürmək;

5.2.3 veb-saytda hər hansı natamam, yanlış və ya qeyri-dəqiq məlumatı təqdim etmək;

5.2.4 digər İstifadəçilərə istəmədikləri məlumatları ötürmək;

5.2.5 veb-saytda gəzişmək və ya axtarış etmək üçün hər hansı mühərrik, proqram təminatı, alət, agent və ya digər cihaz və ya mexanizmdən (məsələn, hörümçəklər, robotlar, avatarlar və ya kəşfiyyat agentləri) istifadə etmək;

5.2.6 veb-saytın hər hansı hissəsini deşifr etməyə, parçalamağa və ya mənbə koduna qaytarmağa cəhd etmək;

5.2.7 hər hansı "The Body Shop" çərçivəsini hər hansı şəkildə kopyalamaq və ya onun dublikatını çıxarmaq yaxud hər hansı "The Body Shop" kontenti ilə birbaşa linklər vasitəsilə icazəsiz əlaqələndirilməni təmin etmək;

5.2.8 hər hansı "The Body Shop" kontentini icazəsiz birbaşa linklər vasitəsilə kodlaşdırmaq;

5.2.9 hər hansı rəqəmsal hüquqların idarə olunması, istifadə qaydaları və ya proqram təminatının digər təhlükəsizlik xüsusiyyətlərinin əngəllənməsi və ya deaktiv edilməsi.

5.3 AZPHA şəxsən məlumat aldıqdan və ya yuxarıda göstərilən məlumat barədə zərər çəkən şəxs tərəfindən məlumat verildikdən sonra 4.1 və 4.2-ci bəndlərə zidd olan bu məlumatları əngəlləmək hüququna sahibdir. AZPHA həmçinin araşdırmaq məqsədləri üçün dövlət orqanlarına təqdim etmək məqsədilə bu cür məlumatları və əlaqəli qeydləri ən azı 90 (doxsan) gün saxlamaq hüququna sahibdir.

5.4 Tətbiq olunan qanunlar, qaydalar və ya normalardan hər hansı birinə yaxud Müqaviləyə (o cümlədən Gizlilik siyasətinə) İstifadəçi tərəfindən əməl olunmazsa, AZPHA İstifadəçinin veb-sayta və Xidmətlərə çıxış və ya onlardan istifadə hüquqlarına dərhal xitam vermək və/və ya uyğunsuzluğa səbəb olan məlumatları veb-saytdan silmək hüququna sahibdir.

5.5 AZPHA qanunla (açıq kateqoriyalı fərdi məlumatlar olduqda; fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda) və Gizlilik Siyasəti ilə müəyyən olunmuş qaydada fərdi məlumatlarınızı üçüncü şəxslərə açıqlaya və ya ötürə bilər.

5.6 AZPHA digərlərinin əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşır. Əqli mülkiyyət hüquqlarının pozulması qəbuledilməzdir.

6 XİTAMVERMƏ

6.1 AZPHA aşağıdakı hallarda məlumat verməklə və ya vermədən İstifadəçinin veb-sayta və Xidmətlərə çıxışını dayandırmaq və ya bu cür çıxışa xitam vermək və qanunla müəyyən edilmiş digər hüquqi vasitələri icra etmək hüququna sahibdir:

6.1.1 Həmin İstifadəçi Müqavilənin şərtlərini pozduqda;

6.1.2 Hər hansı üçüncü şəxs veb-saytdan və ya Xidmətlərdən istifadəniz nəticəsində onun hər hansı hüququnun pozulduğunu iddia etdikdə;

6.1.3 AZPHA İstifadəçi tərəfindən AZPHA-ya təqdim edilmiş hər hansı məlumatı doğrulaya bilmədikdə;

6.1.4 AZPHA-nın bu cür İstifadəçinin hər hansı qanunsuz, saxta və ya təhqiramiz fəaliyyətindən şübhələnmək üçün əsaslı səbəbləri olduqda;

6.1.5 AZPHA öz mülahizəsinə əsasən İstifadəçinin hərəkətlərinin bu cür İstifadəçi, digər İstifadəçilər və ya AZPHA üçün hüquqi məsuliyyət yarada biləcəyini və ya veb-saytın maraqlarına zidd olduğunu düşündükdə.

6.2 Müvəqqəti olaraq dayandırıldıqda, qeyri-müəyyən müddətə dayandırıldıqda və ya xitam verildikdə İstifadəçi eyni və ya fərqli hesabla veb-saytdan istifadə etməyə davam edə və ya yeni hesab yarada bilməz. Burada göstərilən səbəblərə görə hesaba xitam verildikdə bu cür İstifadəçinin məlumatlar, mesajlar, fayllar və veb-saytda saxladığı digər materiallara çıxışı dayandırılır. İstifadəçi qeydlərin aparılması prosesi və təcrübələrinə əməl etmək üçün həyata keçirdiyi tibbi xidmətlərin davamlı yedəyinin olduğundan əmin olmalıdır.

6.3 Hesabınızı silmək istədiyiniz halda bunu TBSsupport@azpha.az ünvanına yazaraq dəstək komandamızla əlaqə saxlamaqla edə bilərsiniz.

7 MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

7.1 Bu siyasətdə göstərilən proseslərin həyata keçirilməsi üçün fərdi məlumatlarınızı Sizin Xidmətlərdən daha rahat yararlanmaq məqsədi ilə lazım olduqda, fərdi məlumatlarınızın ən azı eyni təhlükəsizlik və qorunma səviyyəsini təmin edən, biznes inkişaf şirkətləri, vergi və maliyyə institutları, daşıyıcı firmalar kimi podratçılarımızla paylaşacağıq.

7.2 Yuxarıda göstərilənlərə baxmayaraq, AZPHA bu cür partnyorlar/PROVİDERLƏR və üçüncü tərəflərlə müqaviləmiz çərçivəsindən kənar tərəfdaşlarımız və üçüncü tərəflər tərəfindən "Sizin" fərdi məlumatınızın məxfiliyinə, təhlükəsizliyinə və ya yayılmasına görə məsuliyyət daşımır. Bundan əlavə, AZPHA hər hansı təhlükəsizliyin pozulmasına və ya üçüncü tərəflərin hərəkətlərinə və ya AZPHA-nın nəzarətindən kənarda olan hadisələrə , o cümlədən hökumət aktları, kompüter sındırmaları, kompüter məlumatlarına və saxlama cihazına icazəsiz giriş , kompüter qəzaları, təhlükəsizlik və şifrələmənin pozulması, İnternet xidmətinin keyfiyyətsizliyi və ya İstifadəçinin telefon xidməti və s. hallara görə məsuliyyət daşımır. Sizin sorğunuzla partnyorlar/PROVİDERLƏR və üçüncü tərəflərlərin kimliyi açıqlanacaq.

8 MƏLUMATLARIN SAXLANMASI VƏ SİLİNMƏSİ

8.1 AZPHA veb-sayt və ya Xidmətlərin İstifadəçilərindən toplanan məlumatları həmin məlumatların növündən, məqsədindən, istifadə vasitələri və formalarından asılı olaraq və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması haqqında qanununa əsasən Gizlilik Siyasətində göstərildiyi müddət – 3 il ərzində saxlaya bilər. Şəxsi məlumatlarınızın emalı ilə bağlı hər hansı mübahisə yaranarsa, məlumatlarınız müvafiq mübahisənin sonuna qədər saxlanılacaqdır.

9 TƏTBİQ OLUNAN QANUN VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

9.1 Siz razılıq verirsiniz ki, bu Müqavilə və AZPHA ilə İstifadəçi arasında hər hansı müqavilə öhdəliyi Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənəcəkdir.

9.2 Bu Müqavilə, o cümlədən Müqavilənin həcmi və ya tətbiq sahəsinin müəyyən edilməsi yaxud veb-sayt və ya Xidmətlərdən və ya çıxış hüququnun verildiyi məlumatlardan istifadənizlə əlaqədar yaranan hər hansı mübahisə, iddia və ya ziddiyyət Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir.

10 ƏLAQƏ MƏLUMATLARI

10.1 Əgər İstifadəçinin AZPHA, bu Müqavilə, Xidmətlər və ya yuxarıda göstərilənlərdən hər hansı biri ilə bağlı hər hansı məsələ barədə sualı olarsa, aşağıdakı e-poçt ünvanına yazaraq AZPHA-nın müştəri xidməti ilə əlaqə saxlaya bilər: TBSsupport@azpha.az .

11 MÜDDƏALARIN MÜSTƏQİLLİYİ

11.1 Əgər bu Müqavilənin hər hansı müddəası Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən qüvvədə olan qanunvericiliyə əsasən etibarsız hesab olunarsa, həmin müddəa bu Müqavilədən çıxarılacaq, bu, Müqavilənin qalan hissəsinə təsir göstərməyəcək və Müqavilənin qalan hissəsi Müqavilə şərtlərinə uyğun olaraq icra olunacaqdır. Bu zaman bu Müqavilə tətbiq olunan qanunvericiliyə maksimal şəkildə uyğun olaraq və bu qanunvericiliklə icazə verilən hallarda səlahiyyətli məhkəmənin qərarına əsasən Müqavilədən çıxarılmış müddəanın məğzi və niyyətini çatdıracaq şəkildə təfsir olunmalıdır.

12 İMTİNA

12.1 Yazılı şəkildə tərtib olunmadığı və AZPHA tərəfindən imzalanmadığı təqdirdə, bu Müqavilənin heç bir müddəasından imtina edilmiş və heç bir pozuntu əsaslandırılmış hesab olunmur. Sizin tərəfinizdən yol verilmiş hər hansı pozuntuya AZPHA tərəfindən razılıq verilməsi və ya bu cür pozuntudan imtina edilməsi aşkar və ya gizli şəkildə olmasından asılı olmayaraq, hər hansı digər fərqli və ya sonrakı pozuntuya razılıq verilməsi yaxud ondan imtina edilməsinə əsas vermir.

SİZ BU İSTİFADƏ QAYDALARINI OXUMUSUNUZ VƏ BURADA GÖSTƏRİLƏN BÜTÜN MÜDDƏALARLA RAZISINIZ