GİZLİLİK SİYASƏTİ

AZPHA ("biz", "veb-sayt") gizliliyinizi və fərdi məlumatlarınızı qorumağı öhdəsinə götürür. Bu Gizlilik siyasəti "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Fərdi məlumatların mühafizəsinə dair Tələblərə uyğun olaraq hazırlanaraq dərc olunub və qeydiyyatdan keçmiş istifadəçilərimizin ("İstifadəçi", "SİZ") fərdi məlumatları və xüsusi məlumat kateqoriyalarının toplanması, işlənməsi, ötürülməsi, paylanması və mühafizəsi qaydalarını izah edir. Burada həmçinin fərdi məlumatlarınızın istifadəsi, dəyişdirilməsi və silinməsi, o cümlədən bu məlumatlara çıxış və tanış olmaqla bağlı seçimləriniz təsvir olunur.

Əgər bu Gizlilik siyasətində təsvir olunan prosedurlarla razı deyilsinizsə, "The body shop" veb-saytından və ya AZPHA-nın hər hansı digər Xidmətlərindən istifadə etməməlisiniz.

BU VEB-SAYTDAN İSTİFADƏ ETMƏKLƏ SİZ BU GİZLİLİK SİYASƏTİNDƏ TƏSVİR OLUNAN PROSEDUR VƏ SİYASƏTLƏRİ OXUYUB BAŞA DÜŞMÜŞ, ONLARA VƏ GİZLİLİK SİYASƏTİNƏ ƏMƏL ETMƏYƏ VƏ FƏRDİ MƏLUMATLARININIZ BU GİZLİLİK SİYASƏTİNƏ VƏ MÜVAFİQ QANUNVERİCİLİK AKLARINA UYĞUN OLARAQ TOPLANMASINA, İŞLƏNMƏSİNƏ, ÖTÜRÜLMƏSİNƏ, O CÜMLƏDƏN TRANSSƏRHƏD ÖTÜRÜLMƏSİNƏ RAZILIQ VERMİŞ HESAB OLUNACAQSINIZ. BU SƏNƏDİ OXUDUQDAN SONRA SİZ ŞƏXSİ MƏLUMATLARINIZIN BU GİZLİLİK SİYASƏTİNDƏ MÜƏYYƏN EDİLƏN QAYDADA TOPLANMASI, İŞLƏNMƏSİ VƏ ÖTÜRÜLMƏSİNƏ, AÇIQLANMASINA RAZILIQ VERİRSİNİZ. ƏGƏR VEB-SAYTDAN BAŞQA BİRİNİN (MƏSƏLƏN, ÖVLADINIZIN) ADINDAN İSTİFADƏ EDİRSİNİZSƏ, SİZ BƏYAN EDİRSİNİZ Kİ, SİZİN (I) HƏMİN ŞƏXSİN ADINDAN BU GİZLİLİK SİYASƏTİNİ QƏBUL ETMƏK VƏ (II) HƏMİN ŞƏXSİN MƏLUMATLARININ BU GİZLİLİK SİYASƏTİNDƏ MÜƏYYƏN EDİLƏN QAYDADA TƏRƏFİMİZDƏN TOPLANMASI, İSTİFADƏSİ VƏ AÇIQLANMASINA HƏMİN ŞƏXSİN ADINDAN RAZILIQ VERMƏK SƏLAHİYYƏTİNƏ MALİKSİNİZ.

1. ŞƏXSİ MƏLUMATLARIN TOPLANMASI VƏ İŞLƏNMƏSİ
AZPHA Sizə xidmətləri göstərmək və ehtiyaclarınızı maksimal şəkildə qarşılamaq üçün fərdi məlumatlarınızı toplayır və işləyir, o cümlədən statistik təhlil və biznesin araşdırılması məqsədləri üçün bunu cəmlənmiş və ya anonimləşdirilmiş formada edir.

Biz Sizin gizliliyinizə hörmətlə yanaşırıq, buna görə işlənən fərdi məlumatlar:

A. qanuni, ədalətli və şəffaf şəkildə işlənilir;

B. aşkar, konkret və qanuni məqsədlər üçün toplanır və bu məqsədlərə zidd şəkildə işlənmir;

C. işlənmə məqsədlərinə münasibətdə adekvat, aktualdır və lazımsız deyil;

D. dəqiqdir və lazım gəldikdə yenilənir;

E. bu məlumatların işlənməsi məqsədləri üçün zəruri olduğundan artıq olmamaq şərtilə, məlumat subyektlərinin şəxsiyyətlərinin müəyyən edilməsinə icazə verəcək şəkildə mühafizə olunur.

Siz bununla yuxarıda göstərilən məqsədlər üçün bu məlumatların AZPHA tərəfindən toplanması və işlənməsinə razılıq verirsiniz. Tərəfimizdən Sizdən toplanılan və işlənilən məlumatlara aşağıdakıları göstərmək olar:

  • Adınız və soyadınız;
  • Veb-sayta daxil olmaq üçün istifadə etdiyiniz cihaz;
  • Yaşadığınız ünvan (ölkə, şəhər və digər ünvan məlumatları);
  • Əlaqə məlumatları (məsələn, e-poçt ünvanı və telefon nömrəsi);
  • Demoqrafik məlumatlar (məsələn, gender və doğum tarixi);
  • Şəxsiyyət vəsiqənizin və ya şəxsiyyətinizi təsdiq edən digər sənədin nömrəsi, sənədi verən ölkə;
  • Loyallıq və ya hədiyyə kartları haqqında məlumat;
  • Debet və ya kredit kartının nömrəsinin ilk 6 və son 4 rəqəmi, kart sahibinin adı və soyadı, tranzaksiyanın unikal kodu;
  • "The Body Shop" veb-saytından məhsul satınalma tarixçəsi;
  • "The Body Shop" veb-saytı vasitəsilə satın alınan xidmət və ya məhsullar üçün həyata keçirilən ödəniş tranzaksiyaları;
  • Könüllü olaraq bizə təqdim etdiyiniz digər məlumatlar (məsələn, fotoşəkil, boy, çəki və s.).

2. GİZLİLİK BƏYANNAMƏLƏRİ

2.1 Siz qeydiyyat prosesində təqdim olunan əlaqə məlumatları kimi bizə təqdim etdiyiniz məlumatların dəqiqliyinə görə məsuliyyət daşıyırsınız. Əgər fərdi məlumatlarınızda dəyişiklik olarsa, Siz məlumatlara düzəliş və ya dəyişiklik edə yaxud qeyri-dəqiq məlumatları silə bilərsiniz. Biz həmin zaman aktiv olacaq bazalarımızda tələb olunan dəyişiklikləri mümkün qədər tez icra etmək üçün əlimizdən gələni edəcəyik. Əgər yanlış, qeyri-dəqiq, qeyri-aktual və ya natamam olan (yaxud sonradan yanlış, qeyri-dəqiq, qeyri-aktual və ya natamam olan) məlumat təqdim etsəniz yaxud "The body shop" rəhbərliyinin təqdim etdiyiniz məlumatların yanlış, qeyri-dəqiq, qeyri-aktual və ya natamam olduğundan şübhələnmək üçün əsaslı səbəbləri olarsa, biz Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Sizə Xidmətlərin göstərilməsini dayandıra bilərik.

2.2 Siz veb-saytın istifadəçisi olduğunuz müddət ərzinədə fərdi məlumatlarının bu Gizlilik Siyasətinə əsasən tolplanır, işlənilir, ötürülür və mühafizə olunur. Əgər hesabınızı deaktiv və ya ləğv etmək istəyirsinizsə yaxud Sizə Xidmətlərin göstərilməsi üçün məlumatlarınızdan artıq istifadə olunmamasını tələb edirsinizsə, TBSsupport@azpha.az ünvanına yazaraq bizimlə əlaqə saxlayın. Biz Xidmətlərdən yararlanmaq üçün açdığınız hesab aktiv olduğu və Sizə Xidmətləri göstərmək üçün tələb olunduğu müddətdə məlumatlarınızı saxlaya bilərik. Biz bu cür məlumatları onlardan qanuni şəkildə istifadə məqsədləri üçün və ya həmin an üçün qüvvədə olan qanunla tələb olunduğundan artıq müddətə, 3 ildən çox olmamaq şərti ilə saxlaya bilmərik. Məlumatlarınız anonimləşdirilə və cəmlənə, daha sonra lazım olarsa, xidmətlərimizi effektiv şəkildə göstərmək üçün saxlana bilər, ancaq anonimləşdirilmiş məlumatlardan istifadə yalnız analitik və statistik məqsədlər üçün olacaqdır. Nəzərinizə çatdırırıq ki, razılıq vermədiyiniz və ya hesabınızı ləğv etdiyiniz halda AZPHA Sizə öz xidmətlərini göstərə bilməyə və ya AZPHA ilə aranızdakı əlaqələrə xitam verilə bilər.

2.3 Əgər Xidmətlər barədə reklam və marketinq məlumatları kimi vacib olmayan məlumatları qəbul etmək istəmirsinizsə, lütfən, TBSsupport@azpha.az ünvanına yazaraq bu barədə məlumat verin.

2.4 Əgər tibbi xidmətlər və ya məhsullara görə debet və ya kredit kartı ilə ödəniş etsəniz, biz bu cür İstifadəçininin kredit kartı nömrəsi və/və ya bank hesabı nömrələri kimi digər maliyyə məlumatlarını toplayacaq, bu məlumatlardan faktura və ödəniş məqsədləri üçün, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, faktura əməliyyatını tamamlamaq üçün lazım gəldikdə kredit kartı nömrəsi və digər bu cür məlumatları üçüncü şəxslərə açıqlamaq məqsədilə istifadə edəcəyik. Bununla belə, kredit məlumatlarının doğrulanması yalnız İstifadəçi tərəfindən audentifikasiya prosesi ilə həyata keçirilir. İstifadəçinin kredit və ya debet kartı məlumatları rəqəmsal şəkildə şifrlənən təsdiq edilmiş ödəniş sistemlərinin təhlükəsiz saytlarında işlənir və bununla mövcud texnologiyaya əsasən ən yüksək səviyyədə diqqət göstərilir.

2.5 Bu Gizlilik siyasəti AZPHA-nın (Azərbaycan Respublikası qanunvericiliyinə əsasən 1805522941 qeydiyyat nömrəsi ilə təsis olunan və fəaliyyət göstərən hüquqi şəxs) sahibi olan "The Body Shop" markasına məxsus olan və onun tərəfindən nəzarət olunan veb-sayta, proqram təminatına, məhsullara və xidmətlərə şamil olunur. Xidmətlərdən istifadəniz və onlara çıxışınız bu Gizlilik siyasəti, şərtlərimiz və digər siyasətlərlə tənzimlənir. AZPHA öz Xidmətləri çərçivəsində axtarış nəticələri və ya linklər kimi nümayiş olunan saytlara nəzarət etmir. Bu cür digər saytlar öz kukilərini və ya digər faylları İstifadəçinin cihazlarına yerləşdirə və İstifadəçilərdən məlumatları toplaya və ya fərdi məlumatları tələb edə bilərlər ki, buna görə AZPHA məsuliyyət daşımır. Müvafiq olaraq, AZPHA Gizlilik prosedurları ilə bağlı hər hansı bəyanat vermir və biz bu cür veb-saytlarda mövcud olan məlumatlar, mətnlər, proqram təminatları, səs yazıları, fotoşəkillər, qrafik elementlər, videoyazılar, mesajlar və ya digər materialların dəqiqliyi, bütövlüyü və ya keyfiyyətinə zəmanət vermirik. Əgər linklə əlaqələndirilmiş üçüncü şəxs veb-saytına ziyarət etmək niyyətindəsinizsə, bununla bağlı riskin tam olaraq Sizin üzərinizə düşdüyünü nəzərə alın. AZPHA İstifadəçilərə üçüncü şəxslərin Gizlilik siyasətləri ilə tanış olmağı tövsiyə edir.

2.6 AZPHA nəzarəti altında olan fərdi məlumatları icazəsiz giriş, qanunsuz istifadə və ya açıqlama, icazəsiz dəyişiklik və qanunsuz məhvetmə və ya təsadüfi itirilmə hallarından qorumaq üçün müvafiq təhlükəsizlik prosedurlarını həyata keçirir. Bununla belə, İstifadəçinin Xidmətlərdən yararlanmaq üçün istifadə etdikləri elektron cihazlara icazəsiz çıxış səbəbindən məlumatların itirilməsi və ya oğurlanması nəticəsində İstifadəçiyə dəyən hər hansı zərərə görə AZPHA məsuliyyət daşımır.

2.7 AZPHA müvafiq təhlükəsizlik prosedurlarını həyata keçirir və toplanan məlumatlara, eləcə də biznesimizin xarakterinə uyğun idarəetmə, texniki, əməliyyat və fiziki təhlükəsizlik tədbirlərini özündə birləşdirən sənədləşdirilmiş kompleks informasiya təhlükəsizliyi proqramı və siyasətlərinə sahibdir.

2.8 Biz Sizin gizliliyinizə və fərdi məlumatlarınızın mühafizəsinə çox ciddi yanaşırıq və bu Gizlilik siyasətində konkret olaraq müəyyən edilmiş hallar istisna olmaqla, fərdi məlumatlarınızı yalnız qanunla müəyyən olunmuş qaydada (açıq kateqoriyalı fərdi məlumatlar olduqda; fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda) açıqlayacaqdır.

2.9 İstifadəçilərə Xidmətləri göstərmək üçün zəruri olduğu hallarda AZPHA veb-sayta qulluq göstərmək üçün onun adından fəaliyyət göstərən müstəqil podratçılara məlumatları təqdim edə bilər. Bu cür hallarda Siz fərdi məlumatlarınızın yalnız nəzərdə tutulmuş məqsədlər üçün tərəfimizdən podratçılara açıqlanmasına və ötürülməsinə, o cümlədən transsərhəd ötürülməsinə razılıq verirsiniz.

2.10 Biz bütün İstifadəçi məlumatlarını öz əməkdaşları, agentləri və ya tərəfdaşlarına və üçüncü şəxslərə yalnız onları bilmələri vacib olduğu halda təqdim edir və əməkdaşlarımızı gizlilik öhdəliklərinə əməl etməyi vadar edirik. Bu cür hallarda Siz fərdi məlumatlarınızın yalnız nəzərdə tutulmuş məqsədlər üçün tərəfimizdən podratçılara açıqlanmasına və ötürülməsinə, o cümlədən transsərhəd ötürülməsinə razılıq verirsiniz.

2.11 Yuxarıda göstərilənlərə baxmayaraq, AZPHA fərdi məlumatlarınızın gizliliyi, təhlükəsizliyi və ya müqavilə xaricində üçüncü şəxslər və tərəfdaşlarımız tərəfindən bu cür tərəfdaşlar, təminatçılar və üçüncü şəxslərə paylanmasına görə məsuliyyət daşımır. Bundan əlavə, AZPHA üçüncü şəxslər tərəfindən təhlükəsizlik qaydalarının pozulmasına və ya hər hansı hərəkətlərə yaxud AZPHA-nın nəzarəti altında olmayan hadisələrə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, dövlət aktları, hakerlər tərəfindən kompüterin sındırılması, kompüter məlumatları və saxlama cihazına icazəsiz giriş, kompüter nasazlıqları, təhlükəsizlik və şifrlərin pozulması, İstifadəçinin internet və ya telefon xidmətinin keyfiyyətsizliyi və s.-yə görə məsuliyyət daşımır.

3. GİZLİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR

Biz Gizlilik siyasətinə istənilən vaxt dəyişiklik edə bilərik. İstifadəçilərin şəxsiyyətlərini müəyyən edən məlumatların işlənmə qaydasına və ya Gizlilik siyasətinin özünə ciddi dəyişikliklər edildikdə biz veb-saytda bildiriş yerləşdirəcəyik ki, Xidmətlərdən istifadə etməyə davam edə bilmək üçün dəyişdirilmiş şərtləri nəzərdən keçirə biləsiniz. Hər zaman olduğu kimi, əgər şərtlərimizə edilən hər hansı dəyişikliyi etirazınız varsa və artıq Xidmətlərdən yararlanmaq istəmirsinizsə, TBSsupport@azpha.az ünvanına yazaraq hesabınızı deaktiv edə bilərsiniz. Başqa cür müəyyən edilmədiyi təqdirdə, cari Gizlilik siyasətimiz AZPHA-nın Sizin və hesabınız barədə bütün məlumatlarına şamil olunur.

4. BU SİYASƏTƏ RAZILIQ

Siz bu Gizlilik siyasətinin veb-saytdan və Xidmətlərdən İstifadə qaydalarının bir hissəsi olduğunu qəbul edir, veb-saytın və onun Xidmətlərinin İstifadəçisi olmaqla (i) bu Gizlilik siyasətinə və (ii) AZPHA tərəfindən fərdi məlumatlarınızın bu Gizlilik siyasəti və The Body Shop Veb-saytının Şərtlərində müəyyən edilən qaydada istifadəsi, toplanması, işlənməsi, ötürülməsi, o cümlədən transsərhəd ötürülməsi və/və ya açıqlanmasına razılıq verdiyinizi təsdiq edirsiniz.

5. GİZLİLİK SUALLARI ÜÇÜN ÜNVAN VƏ MƏLUMATLARIN QORUNMASI HÜQUQLARI

Bu Gizlilik siyasəti və ya məlumatların toplanması, istifadəsi, işlənməsi, ötürülməsi, o cümlədən transsərhəd ötürülməsi və açıqlanması prosedurlarımız barədə hər hansı sualınız olarsa, TBSsupport@azpha.az ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz. Biz fərdi məlumatlarınızdan istifadəmizlə bağlı hər hansı sorğu, sual və ya narahatlığınızı dərhal cavablandırmaq üçün müvafiq tədbirləri görəcəyik.

Siz məlumatların qorunması hüquqlarına sahibsiniz:

  • Sizin barənizdə bizdə olan məlumatlara çıxış əldə etmək, bu məlumatlarla tanış olmaq onları yeniləmək və ya silmək hüququ. Siz birbaşa hesab tənzimləmələri bölməsindən Fərdi məlumatlarınıza çıxış əldə edə, onlarla tanış ola, onları yeniləyə və ya silinməsini tələb edə bilərsiniz və özünüz barəsində fərdi məlumatların toplanmasına və işlənilməsinə qadağa qoya bilərsiniz. Əgər bu hərəkətləri şəxsən icra edə bilmirsinizsə, Sizə kömək etməyimiz üçün bizimlə TBSsupport@azpha.az ünvanına yazaraq bizimlə əlaqə saxlayın.
  • Düzəliş hüququ. Siz qeyri-dəqiq və ya natamam məlumatlara düzəliş etmək hüququna sahibsiniz.
  • Razılığı ləğv etmək hüququ. Sizin həmçinin AZPHA fərdi məlumatlarınızı işləmək üçün Sizdən razılıq aldığı hallarda istənilən vaxt razılığınızı ləğv etmək hüququnuz var. Əgər artıq "The body shop" tərəfindən fərdi məlumatlarınızın işlənməsini istəmirsinizsə, TBSsupport@azpha.az ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz. Razılığın bu cür ləğv olunması hesabınıza xitam verilməsinə səbəb olacaqdır.

Nəzərinizə çatdırırıq ki, bu cür sorğulara cavab vermədən əvvəl şəxsiyyətinizi doğrulamağınızı tələb edə bilərik.