Onlayn mağazada satın alınan məhsulların geri qaytarılması qaydaları

Ünvana çatdırılma xidmətindən istifadə olunduqda müştəri şəxsi səbəblərdən (yanlış ünvanı göstərmək və ya telefona cavab verməmək) məhsul avtomatik satış məntəqəsinə qaytarılır. Bu halda müştəri məhsulu satış nöqtəsindən götürə bilər. Məhsul 7 təqvim günü ərzində mağazada saxlanır. Əgər müştəri bu müddət ərzində məhsulu satış nöqtəsindən götürməzsə sifariş ləğv olunur və yalnız məhsullar üçün ödənilən məbləğ müştəriyə qaytarılır. Bu halda çatdırılma haqqı geri qaytarılmır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərindən əldə olunmuş Parfümer-kosmetika malları və Şəxsi gigiyena əşyalarının (diş fırçaları, daraqlar, biqudilər və s.) dəyişdirilməsinə və geri qaytarılmasına yol verilmir. Bu səbəbdən müştəri əldə etdiyi məhsulları dəyişdirə və ya qaytara bilməz.